Ağdamda ərzaq mağazasında yanğın baş verib.
APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisəsi rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Rüstəmov Nasir Rasim oğluna məxsus ərzaq mağazasında gecə saatlarında yanğın çıxıb. Yanğınsöndürənlər alovun yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısını alıblar.
N.Rüstəmov mağazanın oğurluq edildikdən sonra yandırıldığını ehtimal edir. Bunu isə səhər saatlarında hadisə yerindən bir neçə metr uzaqlıqda qida məhsullarının aşkarlanması ilə əsaslandırır.
Faktla bağlı araşdırma başlanıb.