Bakı. Fuad Cəfərov -APA. Bakıda külli miqdarda narkotik vasitə aşkarlanıb.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Vahid Nuriyevdən 2 kloqram 970 qram marixuana aşkar olunaraq götürülüb.