Səhiyyə Nazirliyi: Növbəti mərhələdə 55 təsiredici maddə üzrə dərman vasitələrinin qiyməti təsdiqlənəcək

Səhiyyə Nazirliyi: Növbəti mərhələdə 55 təsiredici maddə üzrə dərman vasitələrinin qiyməti təsdiqlənəcək
# 05 oktyabr 2015 14:36 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Hazırda 55 təsiredici maddə üzrə dərman vasitələrinin qiyməti təsdiqlənmə mərhələsindədir”. Bunu APA-ya Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.

O bildirib ki, növbəti dərman vasitələrinin qiymətinin təsdiqlənməsi ilə bağlı iş gedir.

P. Əzizbəyovun sözlərinə görə, ilkin olaraq həyati vacib və təcili hallarda istifadə olunan dərman vasitələrinin qiyməti tənzimlənir: “Növbəti 55 təsiredici maddə üzrə dərman vasitələrinin qiyməti təsdiqləndikdən sonra dərmanların siyahısı İqtisadiyyat və Sənaye Nazirliyi, Tarif (qiymət) Şurası və Səhiyyə Nazirliyinin saytlarında yerləşdiriləcək”.

Qeyd edək ki, sentyabrın 15-dən Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş 25 təsiredici maddə üzrə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) 1057 dərman vasitəsinin yeni qiymətləri qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR