Dağıstanda 9 terrorçu öldürülüb

Dağıstanda 9 terrorçu öldürülüb
# 08 iyul 2016 10:06 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya Federasiyasının Dağıstan Respublikasında 9 terrorçu zərərsizləşdirilib.

APA-nın "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi rəisinin köməkçisi Rəsul Temirbekov xəbər verib. O bildirib ki, xüsusi əməliyyat Dağıstanın Qarabudaqkənd rayonunda keçirilib: "Diversiya-terror qrupunun 9 üzvü, eləcə də qrupun başçısı Hüseyn Tahirov zərərsizləşdirilib. Həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına bir neçə dəfə qəsd etmək və qətl cinayətləri ilə əlaqədar axtarışda idi”.

Atışma zamanı hüquq-mühafizə orqanlarının 1 əməkdaşı həlak olub və daha 3-ü yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR