Cenap Aşcı: "Bakı-Tbilisi-Qars bu il olmasa da, gələn il istifadəyə veriləcək"

Cenap Aşcı: "Bakı-Tbilisi-Qars bu il olmasa da, gələn il istifadəyə veriləcək"
# 02 oktyabr 2015 10:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisi bir az gecikib".

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanda səfərdə olan Türkiyənin ticarət və gömrük naziri Cenap Aşcı bildirib.

"Tunelin inşasından öncə yer səthi ilə bağlı mütəxəssislərimiz müəyyən hesablamalar aparıb, lakin inşası prosesində torpaq örtüyünün bir qədər sərt olduğu üzə çıxıb. Hazırda tunelin inşası tamamlanmaq üzrədir", - deyə C. Aşcı bildirib.

Nazir bildirib ki, layihə "bu ilin sonunda olmasa da, gələn il istifadəyə veriləcək".

"Bu layihə yalnız bizim üçün deyil, bütün dünya üçün çox önəmli bir layihədir", - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR