Avropa Şurası Nazirlər Kabinetinin Demokratiya üzrə Məruzəçi Qrupunun nümayəndə heyəti MSK sədri ilə görüşüb

Avropa Şurası Nazirlər Kabinetinin Demokratiya üzrə Məruzəçi Qrupunun nümayəndə heyəti MSK sədri ilə görüşüb
# 11 aprel 2013 16:00 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Bu gün Avropa Şurası Nazirlər Kabinetinin Demokratiya üzrə Məruzəçi Qrupunun nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüb. MSK-dan APA-ya verilən məlumata görə, Ursula Qaçekin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizin seçki qanunvericiliyində prezident seçkiləri ilə bağlı tələblər, seçici siyahılarının dəqiqləşdirilməsi, komissiyaların fəaliyyəti prinsipləri və qarşıdan gələn seçkilərə hazırlıq istiqamətində görülən işlərlə maraqlanıb.

Beynəlxalq qurumlarla münasibətlərin xüsusi önəm daşıdığını və bu əməkdaşlığın seçki praktikasının daha da təkmilləşməsinə əhəmiyyətli töhfələr verdiyini söyləyən MSK sədri Azərbaycan Respublikasının seçki sistemi, prezident seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı görülən işlər və planlaşdırılan layihələr barədə məlumat verib. Görüşdə qonaqları maraqlandıran digər suallara da cavablar verilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR