Bu il Azərbaycanda doğumun səviyyəsi azalıb

Bu il Azərbaycanda doğumun səviyyəsi azalıb
# 16 aprel 2013 07:09 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Ecnomics. Bu ilin aprelin 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı 9 383,7 min nəfərə çataraq ilin əvvəlindən 27,2 min nəfər və ya 0,3% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əhalinin sıxlığı 1 kv. km-ə 108 nəfər olub. Əhalinin 49,7:-ni kişilər, 50,3%-ni qadınlar təşkil edir, 22,3%-i 0-14 yaşda, 71,9%-i 15-64 yaşda, 5,8%-i 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 nəfər kişiyə 1 013 nəfər qadın düşür.

Komitədən həmçinin bildirilib ki, cari ilin I rübü ərzində 41,3 min körpə doğulub və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 19,0-dan 18,1-dək azalıb. Doğulanların 53,6%-i oğlanlar, 46,4%-i qızlardır.

Ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq, uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,3 doğulmuş uşaq düşür.

Cari ilin ilk üç ayı ərzində Azərbaycanda 14,6 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm eyni səviyyədə (6,4) qalaraq dəyişməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR