Ukraynada nazir təyin olunacaqları gözlənilən 3 əcnəbiyə Ukrayna vətəndaşlığı verilib

Ukraynada nazir təyin olunacaqları gözlənilən 3 əcnəbiyə Ukrayna vətəndaşlığı verilib
# 02 dekabr 2014 13:57 (UTC +04:00)

APA-nın Ukrayna saytlarına istinadən yaydığı xəbərə görə, Ukrayna əsilli ABŞ vətəndaşı Natalya Yaresko, Gürcüstan vətəndaşı Aleksandr Kvitaşvili və Litva vətəndaşı Ayvaras Abramaviçyus Ukrayna vətəndaşı olublar.

“Ukrayna təcili islahatlara ehtiyac duyur. Bizə dövlət idarəçiliyi, korrupsiya ilə mübarizə, maliyyə planlaşdırılması, antikrizis menecmenti sahələrində beynəlxalq praktikalar çox lazımdır. Bunları ölkə xaricindən gələn mütəxəssislər edə bilər. Biz müvafiq insanları tapmışıq və onlar Ukrayna vətəndaşı olmağa hazırdır” , - deyə prezidentin “Facebook” səhifəsində bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR