«Qafqaz İnkişaf Bankı»nın aktivləri I rübdə 74% artıb

«Qafqaz İnkişaf Bankı»nın aktivləri I rübdə 74% artıb
# 17 aprel 2013 13:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Qafqaz İnkişaf Bankı» ASC-nin aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 107,707 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 73,7% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 80,0% artaraq 99,750 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 21,543 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin aprelin 1-nə olan göstəriciyə nisbətən 3,8 dəfə çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 6 dəfə azalaraq 178 min manata enib. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 9,5 dəfə azalaraq 0,2%-ə düşüb.

Bankın depozit portfeli son bir ildə 18,9% artaraq 11,058 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 5,111 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 18,6% çoxdur.


Bankın məcmu kapitalı 2,3 dəfə artaraq 32,638 mln. manat, o cümlədən nizamnamə kapitalı 2,2 dəfə artaraq 31,2 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 2,7 dəfə artaraq 4 092, o cümlədən fiziki şəxslərin sayı 3,7 dəfə artaraq 3 509, hüquqi şəxslərin sayı 0,2% artaraq 583 olub.


Hazırda bankın ölkə üzrə 4 filialı fəaliyyət göstərir. Bankın 80 işçisi var, bank üzrə orta aylıq əmək haqqı isə 800 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR