Bank Of Baku

SEPAH: Doqquz gün ərzində Hörmüz boğazında qayda pozan 11 neft tankeri yanıb

SEPAH: Doqquz gün ərzində Hörmüz boğazında qayda pozan 11 neft tankeri yanıb
# 02 noyabr 2026 17:50 (UTC +04:00)

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında son 9 gündə 11 qayda pozan neft tankerinin hədəfə alındığını açıqlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin “X” hesabında bildirilib.

“Yalnız oktyabrın 25-dən (CENTCOM komandanı Bred Kuperin Hörmüz boğazına nümayiş xarakterli səfərinin tarixi) bu günədək (9 gün ərzində) Hörmüz boğazında 11 qayda pozan neft tankeri alovlara bürünüb, bəziləri isə dənizin dərinliklərinə qərq olub”, - qeyd olunub.

Bundan başqa, İran ordusunun Hərbi Dəniz Qüvvələri naviqasiya sistemlərini söndürərək boğazdan keçməyə çalışan daha bir tankerin dəniz minası ilə toqquşduğu və nəticədə yanğın baş verdiyi ilə bağlı məlumat yayıb.

Hərbi Dəniz Qüvvələri razılaşdırılmadan və yüksək riskli ərazilərdə hərəkət etməyin nəticəsinin dəniz minaları ilə toqquşma və yanğın ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR