İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus iki MQM-170 tipli kəşfiyyat PUA-sının Qəşm adasının cənubunda ələ keçirildiyini açıqlayıb.
APA xəbər verir ki, “Mehr” agentliyinin məlumatına görə, dronlar SEPAH-ın Aerokosmik Qüvvələrinin qabaqcıl radioelektron mübarizə sistemləri vasitəsilə sıradan çıxarılaraq ələ keçirilib.
Bildirilib ki, bu iki aparatın ələ keçirilməsi ilə SEPAH-ın nəzarətinə keçən MQM-170 tipli ABŞ dronlarının sayı dördə çatıb.
SEPAH ABŞ-a məxsus daha bir MQ-9 tipli pilotsuz uçuş aparatının vurulduğunu bildirib.
Açıqlamada qeyd olunub ki, dron Hörmüz boğazının şərqində vurulub.
SEPAH vurulan MQ-9 tipli dronların ümumi sayının 55-ə çatdığını iddia edib.