“20 Yanvar” dairəsində genişləndirmə işlərinə başlanılıb - FOTO

“20 Yanvar” dairəsində genişləndirmə işlərinə başlanılıb - <span style="color: red;">FOTO
# 16 mart 2015 07:21 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakının "20 yanvar" dairəsi adlanan ərazisində genişləndirilmə işlərinə başlanılıb.

Bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə məlumat verilib.

Alı Mustafayev küçəsinin Cavadxan küçəsi ilə kəsişməsində yerləşən yol ötürücüsündən gələn nəqliyyat vasitələri “20 Yanvar” ərazisinə daxil olan zaman müəyyən sıxlıq ilə qarşılaşırdı. Bunu nəzərə alaraq, həmin ərazidə yerləşən üçbucaq şəklində olan təhlükəsizlik adaları götürülərək genişləndirilmə işlərinə start verilib.

Bundan əlavə, həmin hissədə hündürlüyü 50 sm olan təkər-qaytanlar mərmər səki daşları ilə əvəzlənəcək.

Eyni zamanda avtobus və taksi dayanacaqlarının da genişləndirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR