Tanınmış amerikalı jurnalist vəfat edib

Tanınmış amerikalı jurnalist vəfat edib
# 22 oktyabr 2014 08:50 (UTC +04:00)

Bakı – APA. Uzun müddət “Vaşinqton Post” qəzetinin icraçı redaktoru olmuş, adı “dünyanın əfsanəvi jurnalistləri” siyahısına daxil edilən amerikalı jurnalist Ben Bradli 93 yaşında vəfat edib.

APA-nın “Euronews”a istinadən verdiyi xəbərə görə, o uzun müddət “Alzgeymer” xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, ABŞ prezidenti Riçard Niksonun istefası ilə nəticələnən “Uotergeyt” qalmaqalını “Vaşinqton Post”un manşetinə B. Bradli çıxarıb. Məhz bu xəbərə görə “Vaşinqton Post” qəzeti “Pulitser” mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR