Ağdam rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Ağdam rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 15 iyul 2015 19:20 (UTC +04:00)

Bakı-APA. Ağdam rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, “Mercedes” markalı minik avtomobili yol kənarında ağaca çırpılıb. Qarabağ Regional Mərkəzinin xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR