Respublikanın çaylarında və transsərhəd çaylardakı mövcud vəziyyət açıqlanıb

Respublikanın çaylarında və transsərhəd çaylardakı mövcud vəziyyət açıqlanıb
# 04 may 2015 10:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-50, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.

APA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, yağışlar nəticəsində son iki gündə Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 33 sm artım müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 626 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 372 m3/s olmaqla ongünlük normanın 52 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 24 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 207 m3/s olmaqla, ongünlük normanın 105 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 141 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.

Mayın 4-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Kür çayının Şirvan məntəqəsində 34, Salyanda 18, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 315 sm, Şirvanda 171 sm, Salyanda 135 sm, Bankədə 173 sm, Araz çayının Novruzlu məntəqəsində isə 45 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR