Nadejda Savçenko aclıq aksiyasını bərpa edib

Nadejda Savçenko aclıq aksiyasını bərpa edib
# 16 mart 2015 15:31 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu Rusiya İctimai Palatasının təhlükəsizlik komissiyasının rəhbəri Anton Tsvetkov deyib. “Mənim məlumatıma görə, gözlədiyim kimi, Nadejda Savçenko bu gün aclıq aksiyasını bərpa etdiyini bildirib”, - deyə o, söyləyib.

Qeyd edək ki, baş leytenant N. Savçenko 2014-cü ilin iyulunda Donbassda separatçılar tərəfindən əsir götürülüb və Rusiyaya aparılıb. O, Rusiya jurnalistləri İqor Kornelyuk və Anton Voloşinin ölümündə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR