Zakir Həsənov cəbhə bölgəsində salınan hərbi şəhərciyin tikintisi ilə tanış olub

Zakir Həsənov cəbhə bölgəsində salınan hərbi şəhərciyin tikintisi ilə tanış olub
# 01 iyul 2015 10:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsində salınan hərbi şəhərciyin tikintisi ilə tanış olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi şəhərciklərin kompleks şəkildə tikilərək istifadəyə verilməsi istiqamətində hərbi hissələrdə işlər davam etdirilir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə bölgəsində tikilən hərbi şəhərcikdə aparılan inşaat işlərinin gedişatını yoxlayıblar.

Yeni salınan hərbi hissəyə baş çəkən müdafiə nazirinə məruzə olunub ki, tam infrastrukturla təmin olunacaq müasir tipli qərargah, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərcikləri, avtopark, sıra meydanı, yeməkxana, əsgər klubu, tibb məntəqəsi, idman meydançası, qazanxana-camaşırxana-hamamxana kompleksi və eləcə də digər obyektlərin inşası qısa müddətdə başa çatdırılacaqdır.

Tikintini həyata keçirən heyətlə görüşən müdafiə naziri görülən işlərin sürətləndirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR