“Rabitəbank” depozitlər üzrə faiz dərəcələrini 13%-a qədər artırıb

“Rabitəbank” depozitlər üzrə faiz dərəcələrini 13%-a qədər artırıb
# 03 mart 2015 06:51 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Rabitəbank” ASC cari ilin martın 2-dən əmanətlərinin faiz dərəcələrini 13%-dək artırıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2 illik depozitlər üzrə faiz dərəcəsi manatla olan depozitlərdə 13%, ABŞ dollarında olan depozitlərdə 12%-dək artırılıb. 1 illik depozitlər üzrə faiz dərəcəsi manat depozitlərində 12,5%, ABŞ dollarında olan depozitlərdə 11,5% təşkil edib.

Müştərilər “Rabitəbank”da depozitləri 3, 6, 12 və 24 ay müddətinə, faizləri əvvəlcədən, aylıq, rüblük, 6 aydan bir, ildə bir dəfə və müddətin sonunda almaqla yerləşdirə bilərlər.

Depozit yerləşdirən hər bir müştəri faizlərin əldə olunması üçün pulsuz plastik kartı ala bilər. Müştəriyə vəsait lazım olduqda depozit müştərilər aşağı faizlə kredit xətlərindən istifadə edə bilərlər.

1993-cü ildə fəaliyyətə başlayan “Rabitabank” ASC tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilib.

Hazırda bankın 22 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 17-si isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir.

Depozitlər üzrə ətraflı məlumatı “Rabitəbank”ın rəsmi saytından www.rabitabank.com və 133 nömrəsinə zəng edərək əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR