Yaxınlarının APA-ya verdiyi məlumata görə, rayonun Kiş kənd sakini, 22 yaşlı Seymur Xanlar oğlu Mustafayev avqustun 27-də Bakıya getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
S. Mustafayevdən iki ay xəbər tuta bilməyən ailə üzvləri polisə müraciət etmək məcburiyyətində qalıb. Hazırda polis S. Mustafayevin tapılması istiqamətində tədbirləri davam etdirir.
Yaxınları S. Mustafayevin fotosunu da APA-ya təqdim ediblər.
Onu görənlərdən (055) 289 25 41 nömrəli telefona məlumat vermələri xahiş olunur.