Oğurluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Oğurluqda təqsirləndirilən şəxslərə hökm oxunub
# 23 iyul 2014 13:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Tural Əsədov 9 il, Vüqar Əhmədov 4 il, Rafiq Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Dəstənin digər üzvü Etibar Muradovun barəsində isə Cinayət Məcəlləsinin 70-ci (cəzanın şərti hesablanması) maddəsi tətbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, onlar evlərdən və ofislərdən oğurluq etməkdə təqsirləndirilirlər.

Dəstə üzvləri Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən, ittiham edilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR