Azərbaycan ərazisindəki çaylarda sululuq artıb

Azərbaycan ərazisindəki çaylarda sululuq artıb
# 02 may 2013 09:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Son günlər Azərbaycanda isti keçən hava şəraiti nəticəsində bəzi dağlıq ərazilərdə qarın əriməsi çaylarda sululuğun artmasına səbəb olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, ötən sutka ərzində Naxçıvan çayda 4 sm, Qusarçayda 3 sm, Qudyalçayda 2sm, Vəlvələçayda 1 sm artım müşahidə olunub. Kür çayının yuxarı axınında Qıraq Kəsəmən məntəqəsində 8 sm artım qeydə alınıb. Hazırda ölkə ərazisində hava şəraitinin yağmursuz və isti keçməsi ilə əlaqədar çaylarda nisbətən sabit sululuq müşahidə olunur. Lakin yaxın günlərdə havanın temperaturunun artması nəticəsində Azərbaycan ərazisindəki çaylarda daşqın gözlənilməsə də, sululuğun artımı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR