Bakıda baş verən yol qəzalarında iki piyada ölüb

Bakıda baş verən yol qəzalarında iki piyada ölüb
# 24 mart 2015 09:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Səbail rayonunda ölümlə nəticələnən yol qəzaları baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Səbail rayonunun ərazisində Bakı şəhər sakini Şahbala Yüzbəyov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Masallı rayon sakini Sədiyyə Məmmədovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Daha bir yol qəzası isə rayonun Şıx qəsəbəsində qeydə alınıb. Belə ki, müəyyən edilməmiş avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.

Səbail Rayon Polis İdarəsi tərəfindən hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR