Belarus prezidenti: “Sərhədlərimizdə vəziyyət heç vaxt belə gərgin və təhlükəli olmayıb”

Belarus prezidenti: “Sərhədlərimizdə vəziyyət heç vaxt belə gərgin və təhlükəli olmayıb”
# 23 dekabr 2014 11:47 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Regionda vəziyyət çox gərgin və təhlükəlidir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı dövlət başçılarının samitində iştirak edən Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O, kollektiv təhlükəsizlik qüvvələrinin saxlanılması və məhkəmləndirilməsinin vacibliyini qeyd edib: “Sərhədlərimizdə vəziyyət heç vaxt belə gərgin və təhlükəli olmayıb. İrimiqyaslı risklər və çağırışlar hamımızdan razılaşdırılmış siyasət tələb edir. Mövcud şərtlərdə gərginliyi azaltmaq üçün konfliktlərin əsas həll yolu hər şeydən əvvəl diplomatik tədbirlər olmalıdır".

Belarus prezidenti əsas diqqəti KTMT ölkələrinin iqtisadi maraqlarının qorunması və iqtisadi cinayətkarlıqla mübarizə məsələsinə yönəltməyə çağırıb: "Hesab edirəm ki, bunun üçün KTMT-də mövcud olan xüsusi xidmətlərin qarşılıqlı fəaliyyət mexanizmlərindən istifadə etmək olar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR