Arzu Rəhimov Yevlaxda vətəndaşları qəbul edib

 Arzu Rəhimov Yevlaxda vətəndaşları qəbul edib
# 16 oktyabr 2014 12:36 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Yevlaxda Zərdab, Ucar, Ağdaş, Göyçay, Tərtər, Bərdə və Yevlax rayon və şəhər sakinlərini qəbul edib. Bu barədə APA-ya SHXÇDX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qəbulda 14 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçməsi, eləcə də təkrar tibbi müayinəyə cəlb olunması, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerində həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR