Bank Of Baku

Türkiyədə silahlı hücum zamanı ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB 2

Türkiyədə silahlı hücum zamanı ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB 2
# 05 noyabr 2026 21:11 (UTC +04:00)

Afyonkarahisarda güllələnən qadınlardan biri xəstəxanada vəfat edib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bununla da hadisə nəticəsində ölənlərin sayı 9-a yüksəlib.

***

19:31

Türkiyədə silahlı hücumda ölənlərin sayı artıb.

NTV xəbər verir ki, Afyonkarahisar bölgəsində silahlı hücumda ölənlərin sayı 8-ə çatıb.

***

18:51

Türkiyənin Afyonkarahisar bölgəsində fərqli yerlərdə 7 nəfərin meyiti tapılıb.

NTV-nin məlumatına görə, iki ayrı ünvanda 5 nəfərin meyiti aşkarlanıb.

Başqa bir yerdə isə daha iki nəfərin güllələnmiş meyiti tapılıb. İki nəfərin isə yaralı olduğu barədə məlumat var.

İlkin istintaq nəticəsində məlum olub ki, 7 nəfərin hamısı tüfənglə öldürülüb.

Şübhəli şəxs və ya şəxslərin isə hadisə yerindən qırmızı rəngli avtomobillə qaçdığı qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR