Xəzər dənizində itkin düşən balıqçıların axtarışına helikopter cəlb olunub - VİDEO

Xəzər dənizində itkin düşən balıqçıların axtarışına helikopter cəlb olunub - <span style="color: red;">VİDEO
# 05 noyabr 2015 07:12 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Ötən gün Xəzər dənizinin Xaçmaz sahilində tikin düşən üç balıqçının axtarışları davam etdirilir. APA-nın şimal bürosunun verdiyi məlumata görə, axtarışlara Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri və aviasiya dəstəsinin helikopteri cəlb olunub.

Qeyd edək ki, itkin düşən balıqçılardan ikisi rayonun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirovdur.

Dünən günorta saatlarında Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib. Balıqçı qayığında olan şəxslərlə yaxınları telefonla danışıb. Bir müddətdən sonra isə əlaqə itib. Onlar da bu barədə FHN-ə məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR