Odessa vilayətində zəhərlənənlərin sayı 300 nəfəri keçib

Odessa vilayətində zəhərlənənlərin sayı 300 nəfəri keçib
# 19 iyun 2016 04:48 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Odessa vilayətindəki İzmail şəhərində xəstəxanaya zəhərlənmə əlamətləri ilə daxil olan şəxslərin sayı 300 nəfəri keçib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Odessa vilayətinin rəhbəri Mixail Saakaşvili bildirib.

Siyasətçinin sözlərinə görə, uzunmüddətli leysan yağışlara görə içməli suyun çirklənməsinin kütləvi zəhərlənməyə səbəb olduğu ehtimal edildiyi.

“Sözsüz ki, təbii hadisə bu cür hallara istənilən ölkədə səbəb ola bilər, lakin unutmaq lazım deyil ki, Ukraynanın cənubunda infrastruktur artıq xeyli köhnəlib”, - deyə Saakaşvili bildirib.

Qeyd edək ki, iyunun 14-də şəhərə bir saat ərzində aylıq norma səviyyəsində yağış yağıb. Üç gün sonra isə şəhərdə kəskin bağırsaq infeksiyası yayılmağa başlayıb. Ötən gün ictimai iaşə və ticarət obyektləri bağlanıb.

Hələlik infeksiyanın mənbəyi müəyyən edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR