Masallıda avtomobil piyadanı vuraraq öldürüb

Masallıda avtomobil piyadanı vuraraq öldürüb
# 21 iyun 2016 09:40 (UTC +04:00)

Bakı-APA. Masallıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə Masallı rayonunun Boradigah kəndində qeydə alınıb. İyunun 20-də saat 21 radələrində rayon sakini Elnur Tahirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Fatimə Abdullayevanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Masallı RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR