Sloveniyada polis miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib, 10 nəfər xəsarət alıb

Sloveniyada polis miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib, 10 nəfər xəsarət alıb
# 18 sentyabr 2015 23:48 (UTC +04:00)

Bakı-APA. Sloveniya polisi Xorvatiya ilə sərhəddə miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident “Harmitsa” nəzarət-keçid məntəqəsində qeydə alınıb.

Miqrantlar polis kordonlarını yararaq Sloveniya ərazisinə keçməyə cəhd edib. İnsident nəticəsində 10 nəfərin xəsarət aldığı bildirilir.

Qeyd edək ki, Sloveniya sentyabrın 18-də qaçqın axını ilə əlaqədar Xorvatiya ilə dəmir yol əlaqəsini kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR