Nazir müavini: "Azərbaycanda xüsusi turizm zonaları yaradılacaq"

Nazir müavini: "Azərbaycanda xüsusi turizm zonaları yaradılacaq"
# 05 iyul 2016 10:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Azərbaycanda xüsusi turizm zonalarının yaradılması məsələsi aktualdır".


"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Onun sözlərinə görə, hazırda bu sahədə müvafiq sənədlər hazırlanıb və aidiyyatı orqanlar tərəfindən müzakirə olunur: "Azərbaycanın turizm potensialının reallaşdırılması üçün son zamanlar çox ciddi addımlar atılıb. Biz artıq turistlərin Azərbaycana marağının artmasını müşahidə edirik. Azərbaycanda turizm sahəsinə son illərdə külli miqdarda vəsait ayrılıb, turizm infrastrukturu inkişaf etdirilib. Xüsusi turizm zonaları xüsusilə Xəzər dənizinin ətrafında yaradılacaq. Burada çimərlik turizminin inkişafı və bütün turizm infrastrukturunun daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Bunlar sahibkarlara imkan verir ki, daha yaxşı infrastruktur qursunlar. Əslində investisiya təşviqi mexanizmi vasitəsi ilə həyata keçirilir. Burada da turizm sahəsi prioritet sahə kimi müəyyənləşdirilib. Onlar bu təşviq mexanizmindən bəhrələnə bilərlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR