Azərbaycanın ATƏT-in PA-nın komitəsinin qətnaməsinə daha bir düzəlişi qəbul edilib - FOTOSESSİYA

Azərbaycanın ATƏT-in PA-nın komitəsinin qətnaməsinə daha bir düzəlişi qəbul edilib - <span style="color: red;">FOTOSESSİYA
# 03 iyul 2016 11:45 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə keçirilən ATƏT-in PA sessiyası çərçivəsində keçirilən Demokratiya, İnsan Haqları və Humanitar məsələlər üzrə ümumi Komitənin iclasında qəbul olunacaq qətnaməyə Azərbaycanın daha bir düzəlişi qəbul olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə düzəliş təklifi ilə çıxış edən Milli Məclisin deputatı Kamran Nəbizadə qətnaməyə düzəliş təklifini irəli sürüb.

K. Nəbizadə bildirib ki, miqrant qadın və uşaqlar beynəlxalq praktikada və normativ aktlarında eyni hüquqi statusa malikdirlər və bu hər iki miqrant kateqoriyasının hüquqlarının müdafiəsi və bu əhali kateqoriyası ilə bağlı problemlərin həlli çox vacibdir: “Bu düzəliş miqrantlara lazımi diqqətin ayrılmasını təmin edəcək”.

Azərbaycanın nümayəndə heyətinin təklif etdiyi düzəliş yekdilliklə qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR