FHN-nin Cənub Regional Mərkəzində “Ən yaxşı xilasetmə növbəsinin və ən yaxş xilasedicinin müəyyən edilməsi” üzrə yarış keçirilib - FOTO

FHN-nin Cənub Regional Mərkəzində “Ən yaxşı xilasetmə növbəsinin və ən yaxş xilasedicinin müəyyən edilməsi” üzrə yarış keçirilib - <span style="color: red;">FOTO
# 08 avqust 2014 18:34 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, yarışın keçirilməsində əsas məqsəd Mərkəzin xüsusi xilasetmə hissəsinin xilasedicilərinin döyüş hazırlığının və peşə qabiliyyətinin artırılması, xilasetmə növbələrinin şəxsi heyətinin nizam-intizamı və davranışları, sıra bilik və vərdişləri, xilasetmə növbələrinin şəxsi heyətinin fiziki hazırlığının, xilasetmə növbələrinin axtarış-xilasetmə işlərində istifadə olunan texnika, avadanlıq və cihazlar üzrə praktiki bilik və bacarıqlarının, xüsusi xilasetmə alət və avadanlıqlarının qısa vaxt ərzində işlək vəziyyətə gətirilməsi, onlardan daha tez, düzgün və təhlükəsiz istifadə olunmasından ibarət olub.

Yarışa Mərkəzin Xüsusi xilasetmə hissəsinin şəxsi heyəti, 1 ədəd “Mercedes Sprinter” markalı xüsusi xilasetmə avtomobili, tibbi, alpinist, xüsusi xilasetmə alət və avadanlıqları cəlb edilib. Dörd mərhələdə keçən yarışın birinci mərhələsi xilasetmə növbələrinin sıra baxışı ilə başlayıb. İkinci mərhələdə şərti döyüş həyəcanı ilə xilasetmə növbələrinin ayrı-ayrılıqda hadisə yerinə xüsusi xilasetmə avtomobili ilə çıxışları həyata keçirilməklə, xilasedicilər tərəfindən hadisə yerində xüsusi xilasetmə alət və avadanlıqlardan düzgün istifadə qaydalarının mənimsənilməsi, ağır yol qəzası nəticəsində zərərçəkmişlərə ilkin tibbi yardım göstərilməsi vərdişləri yoxlanılıb, daha sonra xilasedicilər tərəfindən hündür mərtəbəli binada köməksiz vəziyyətdə qalan zərərçəkmişlərin xüsusi alpinist alət və avadanlıqlardan istifadə etməklə xilas edilməsi həyata keçirilib. Üçüncü mərhələdə xilasedicilərin fiziki hazırlığı 100 metr qaçışla və turnikdə hazırlığı ilə yoxlanılıb. Dördüncü mərhələdə xilasedicilərin peşəkar hazırlığı proqramında nəzərdə tutulan fənlər, eləcə də mövcud normativ-hüquqi sənədlər üzrə hazırlanan test sualları vasitəsilə bilikləri üzə çıxarılıb.

Sonda yarışın nəticələrinin qiymətləndirilməsi məqsədilə Mərkəzin rəhbər heyəti tərəfindən hər bir mərhələ ayrılıqda qiymətləndirilərək, yarış ərzində bütün təmrinləri daha tez, təhlükəsiz və düzgün icra edən xilasetmə növbəsi və ən yaxşı xilasedici yarışın qalibi adına layiq görülüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR