Azərbaycanda bələdiyyə sədri özünü asıb - VİDEO

Azərbaycanda bələdiyyə sədri özünü asıb - <span style="color: red;">VİDEO
# 23 sentyabr 2014 06:38 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Çayarxı kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Mahmud Şıxməmmədov yaşadığı evin həyətindəki mal-qara tövləsində özünü kəndirlə asaraq intihar edib.

2009-cu ildən Çayarxı, Qarabaqqal və Hacalıkənd kəndlərini birləşdirən Qarabaqqal bələdiyyəsinin sədri vəzifəsində çalışan, üç övlad atası olan M. Şıxməmmədovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Hazırda rayon rəhbərliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Göyçay Rayon Prokurorluğu tərəfindən intihar hadisəsinin baş vermə səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR