Yəməndə Əl-Qaidə ilə əlaqədə şübhəli bilinən 12 nəfər öldürülüb

Yəməndə Əl-Qaidə ilə əlaqədə şübhəli bilinən 12 nəfər öldürülüb
# 09 iyun 2011 23:34 (UTC +04:00)
Bakı-APA. Yəməndə hökumət qüvvələri Əl-Qaidə ilə əlaqədə şübhəli bilinən 12 nəfəri qətlə yetirib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, onlar islamçı yaraqlıların nəzarəti altına keçən cənub bölgələrinin geriyə alınması döyüşlərində öldürülüb. Amerika mətbuatının yazdığına görə, ABŞ ekstremistlərə qarşı hava hücumlarının artırılacağını bəyan edib. Hərbi əməliyyatlar Əl-Qaidənin ölkədəki nüfuzunun artacağından ehtiyat edən bəzi yəmənlilər tərəfindən alqışlanıb. ABŞ mətbuatında keçən həftənin cümə günü ABŞ qırıcı təyyarəsinin hücumu nəticəsində Əl-Qaidə ilə əlaqəsi olan Əbu Əli Əl-Həritinin və Yəmənin cənubunda aksiyalar təşkil edilməsində şübhəli bilinən bir neçə yaraqlının öldürüldüyü bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR