Sorğu: «Bolkart» ən populyar kredit kartıdır

Sorğu: «Bolkart» ən populyar kredit kartıdır
# 04 mart 2013 14:53 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanda keçirilən sorğuda «Bank of Baku» ASC-nin «Bolkart» kredit kartı «Facebook» istifadəçilərinin ən çox səsini toplayan kredit kartı olub. Bankdan «APA-Economics»ə verilən məlumata görə, sosial şəbəkədə «Hansı taksit kartından istifadə edirsiniz?» sualına cavab verənlərin 52,3%-i «Bolkart»ın adını çəkib.

Beləliklə, «Bolkart» sorğuda iştirak edən beş yerli bankın kredit kartı arasında ən çox səs toplayaraq reytinqin birinci pilləsində qərarlaşıb. Beş minə yaxın insanın iştirak etdiyi bu sorğuya istifadəçilər yüzlərlə şərh də veriblər. «Bank of Baku» keçirilmiş sorğuda «Bolkart»ın birinciliyini müştərilərin artan məmnuniyyəti kimi qəbul edir.

Xatırladaq ki, ilk dəfə deyil ki, «Bank of Baku» keçirilən onlayn sorğularda rəqiblərini qabaqlayır. Bir qədər öncə keçirilən digər bir sorğuda da «Bank of Baku» ötən ilin ən yaxşı bankı elan edilib. Bundan öncə isə «Bank of Baku» daha sorğuda lider olub.

Qeyd edək ki, 1994-cü ildə təsis edilən «Bank of Baku» hazırda Azərbaycanın pərakəndə bankçılıq sahəsində aparıcı maliyyə təsisatlarından biridir. «Bank of Baku»nun məhsul və xidmətləri ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə və www.bankofbaku.com korporativ səhifəsini ziyarət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR