Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Sandro Axmeteli adına Tiflis Dram Teatrının baş rejissoru İrakli Gogia ilə görüşüb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı ikitərəfli əlaqələrin inkişafı, qarşılıqlı qastrol səfərlərinin təşkili və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İ. Gogia qeyd edib ki, SSRİ-nin dağılmasından sonra zəifləyən Gürcüstan və Azərbaycan teatrları arasındakı əlaqələr son illərdə inkişaf etməyə başlayıb.
Qonaq K.Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrı və Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrı ilə Akademik Milli Dram Teatrının mövcud əlaqələrini yüksək qiymətləndirib və əlavə edib ki, Azərbaycan müəlliflərinin əsərlərini, rejissorlarımızın quruluş verdiyi tamaşaları Gürcüstan teatrlarının səhnəsində görmək arzusundandır.
İ. Gogia eyni zamanda Gürcüstan və Estoniya teatrları arasında yaradılan qrupa Azərbaycanın da daxil olması, türkdilli ölkələrlə sıx əməkdaşlığın yaradılması təklifi ilə çıxış edib.
Görüşdə İ. İsrafilov irəli sürülən təkliflər müsbət qarşılayıb və qeyd edib ki, gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr iki qonşu ölkənin mədəni əlaqələrinin daha da inkişafına gətirib çıxaracaq.
İsrafil İsrafilov Tiflis Dram Teatrının baş rejissoru İrakli Gogia ilə görüşüb
04 noyabr 2015 14:44 (UTC +04:00)
İncəsənət
Əməkdar artist Rafiq İbrahimov vəfat edib
22:28
13 sentyabr 2024
Gəncədə "Nizami klassik musiqidə" adlı gecə təşkil olunub
15:58
13 sentyabr 2024
Əməkdar artist Rafiq İbrahimovun vəziyyəti ağırlaşıb
13:01
13 sentyabr 2024
“Xaç atası”nın rejissoru “Variety” jurnalından 15 milyon dollar təzminat tələb edib
12:40
13 sentyabr 2024