Bank Of Baku

Hindistanda polis 30 silahlını məhv edib

Hindistanda polis 30 silahlını məhv edib
# 14 mart 2011 21:51 (UTC +04:00)
Bakı-APA. Hindistan hərbi polisinin xüsusi bölmələri ölkənin mərkəzindəki Çhattisharh ştatında 30-a yaxın silahlı maoçunu məhv edib.

Döyüş ştatın cənubundakı Danevada mahalında baş verib. 145 nəfərlik xüsusi təyinatlılar maoçuların qurduğu pusquya düşüblər. Nəticədə 3 polis öldürülüb, daha 9 nəfər isə yaralanıb.

Xüsusi təyinatlılar maoçulara qarşı əks-hücum təşkil ediblər. Hücum nəticəsində 30-a yaxın ekstremist məhv edilib.

Hindistanda maoçulara həm də naksalitlər deyirlər. Onların məqsədi «yoxsul kəndliləri kapitalistlərin zülmündən qurtarmaqdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR