Bank Of Baku

Səudiyyə Ərəbistanının Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Səudiyyə Ərəbistanının Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
# 15 mart 2011 15:37 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İran dövləti Səudiyyə Ərəbistanının hərbi qüvvələrinin Bəhreynə daxil olmasını dözülməz hal kimi dəyərləndirib. APA-nın “İRNA” ya istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq rəsmi şəkildə etiraz bildirilib. İran XİN-in Fars Körfəzi və Yaxın Şərq üzrə şöbə müdiri Həsən əmir Abdullahian bildirib ki, Bəhreyndə baş verən proseslər xalqın istəyidir və bu problemi sülh yolu ilə həll etmək lazımdır: “Səudiyyə Ərəbistanı bölgənin vəziyyətini nəzərə alaraq qonşu dövlətin problemini müəyyən tədbirlərlə həll etməyə çalışmalıdır. Hərbi qüvvələrin Bəhreynə daxil olması vəziyyəti daha da gərginləşdirəcək. Bu, məsələnin həll yolu deyil. Səudiyyə Ərəbistanının bu hərəkəti reionda və Fars körfəzində təhlükəsizliyin təminatına yardım etməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR