Bank Of Baku

İran Səudiyyə Ərəbistanın Bəhreyndə gedən proseslərə müdaxiləsini pisləyib

İran Səudiyyə Ərəbistanın Bəhreyndə gedən proseslərə müdaxiləsini pisləyib
# 16 mart 2011 02:18 (UTC +04:00)
Bakı-APA. İran xarici qoşunların Bəhreyndə mövcudluğunun qəbuledilməz olduğunu bildirib.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, İranın xarici işlər naziri deyib ki, bu addım Bəhreynin daxili işlərinə qarışmaqdır və orada vəziyyəti mürəkkəbləşdirəcək.

Bəyanat Səudiyyə qoşunlarının Bəhreyn hökumətinin dəvəti ilə ora getməsindən sonra verilib.

Bəhreyn hökuməti siyasi islahatlara çağıran küçə etirazlarını idarə edə bilmək üçün Səudiyyə Ərəbistanından yardım istəyib.

Birləşmiş Ştatlar müdaxilə barədə təfərrüatlı bəyanatında deyib ki, ona öncədən heç bir xəbərdarlıq verilməyib.

Pentaqon bütün tərəflərə hər hansı addımın Bəhreyndə gəginliyi alovlandıra biləcəyindən narahatlığını ifadə edib.

Birləşmiş Ərəb Əmirlikləri Bəhreynə 500-ə yaxın polis göndərdiyini bildirib.

Regionu bürüyən son etirazlar dalğasında ilk dəfədir ki, bir ərəb hökuməti hərbi yardım xahişi ilə digər ölkəyə müraciət edib.

Bəhreyndə şiə müsəlman çoxluğu diskriminasiya və süni azlıq, o cümlədən iqtidarda olan kral ailəsi tərəfindən dominantlığa dair dəfələrlə şikayətlər səsləndirib.
Bəhreyn kralı fövqəladə vəziyyət elan edib və onun 3 ay davam edəcəyini bildirib. Bu barədə dövlət televiziyası xəbər verib.
Krallıqda etirazlar bir həftələrdir ki, davam edir.
Silahlı qüvvələrin baş komandanına "ölkənin təhlükəsizliyini və onun vətəndaşlarını qorumaq məqsədilə" bütün tədbirlərin görülməsi üçün səlahiyyətlər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR