Bank Of Baku

Bəhreyn ordusu paytaxtın baş meydanında çadırlar quran müxalifətçiləri dağıtmağa başlayıb

Bəhreyn ordusu paytaxtın baş meydanında çadırlar quran müxalifətçiləri dağıtmağa başlayıb
# 16 mart 2011 08:31 (UTC +04:00)
Bakı – APA. Bəhreyn ordusu paytaxt Manamanın mərkəzindəki Mirvari Meydanını nəzarətə götürüb. APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, hərbçilər müxaliflərin meydanda qurduğu çadır düşərgəsini dağıtmağa başlayıblar. Nümayişçilərə qarşı ağır texnikadan, o cümlədən tanklardan, eləcə də gözyaşardıcı qazdan istifadə olunur. Meydandan atəş səsləri də eşidilir. “France-Presse” agentliyi nümayişçilərin müqavimət göstərmədiyini xəbər verib. Meydanın üzərində helikopterlər dolaşır. Buldozerlər yolları barrikadalardan təmizləyir.

Qeyd edək ki, Bəhreyn kralı Hamad əl-Xəlifə ölkədə 3 ay müddətinə fövqəladə vəziyyət elan edib. Səudiyyə Ərəbistanı Bəhreyn hökumətinə dəstək məqsədilə bu ölkəyə 1000-ə yaxın hərbçi, Birləşmiş Ərəb Əmirlikləri isə 500-ə yaxın polis göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR