Bank Of Baku

İranda həbsxanada qarşıdurma olub, ölənlər və yaralananlar var

İranda həbsxanada qarşıdurma olub, ölənlər və yaralananlar var
# 16 mart 2011 12:21 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, edam hökmünə məhkum olan narkotik qaçaqmalçıları cəzaçəkmə müəssisəsində bilərəkdən yanğın törədiblər. Vəziyyətdən istifadə edib qaçmaq istəyən məhkumlar digər məhkumların müqaviməti ilə üzləşiblər. Məhkumların arasında qarşıdurma yaranıb.

Cəzaçəkmə müəssisəsinin keşikçiləri və həbsxanaya çağırılan polislər hadisəyə müdaxilə edib. Qarşıdurma zamanı bir neçə məhkum ölüb, bir neçəsi isə ağır yaralanıb.

Ölənlərin sayı barədə məlumat verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR