Bank Of Baku

Yəməndə fövqəladə vəziyyət elan edilib

Yəməndə fövqəladə vəziyyət elan edilib
# 18 mart 2011 22:50 (UTC +04:00)
Bakı-APA. Yəməndə fövqəladə vəziyyət elan edilib. Qərar onlarla insanın ölümü ilə nəticələnən zorakılıqlardan sonra verilib. Səhiyyə rəsmiləri və şahidlərin sözlərinə görə, Yəmənin paytaxtı Sanada hökumət əleyhinə aksiya zamanı təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açması nəticəsində 40 nəfər öldürülüb və 100-dən çox adam yaralanıb. İnsident cümə namazından sonra baş verib. Nümayiçilər prezident Əli Abdulla Salehin 32 illik hakimiyyətinin sona çatdırılmasını tələb ediblər. Zorakılıq bir gün əvvəlki toqquşmanın davamı olub. Bir gün əvvəl Yəmən təhlükəsizlik qüvvələri və hökumət tərəfdarları ilə nümayişçilər arasında baş verən toqquşma zamanı 85 nəfər yaralanmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR