Bank Of Baku

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 9400 nəfərə çatıb

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 9400 nəfərə çatıb
# 23 mart 2011 08:43 (UTC +04:00)
Bakı - APA. Yaponiyada baş verən zəlzələ və sunami nəticəsində həlak olanların sayı 9400 nəfərə çatıb. APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, 14,7 min nəfər rəsmən itkin düşmüş sayılır.

Təbii fəlakətin qurbanlarını saymaqla məşğul olan Yaponiya Milli Polis İdarəsinin rəsmiləri bildiriblər ki, ölənlərin yekun siyahısında minimum 18 min nəfərin adı olacaq. Miyaqi əyalətinin polis idarəsi isə təkcə bu regionda həlak olanlarının sayının 15 min nəfəri keçəcəyini istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR