Bank Of Baku

Türkiyə hökuməti İran təyyarəsini məcburi endirib, təyyarədəki silah-sursat müsadirə olunub

Türkiyə hökuməti İran təyyarəsini məcburi endirib, təyyarədəki silah-sursat müsadirə olunub
# 23 mart 2011 10:47 (UTC +04:00)
Bakı - APA. Türkiyə hökuməti ölkənin hava məkanından keçən İran təyyarəsini Diyarbəkirdə məcburi endirib və təyyarədəki silah-sursatı müsadirə edib. APA-nın xəbərinə görə, bu barədə İsrailin “Haaretz” qəzeti Türkiyə XİN-in adı açıqlanmayan rəsmisinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Suriyaya uçan İranın yük təyyarəsində BMT-nin İrana qarşı sanksiyalarının tətbiq dairəsinə düşən qranatomyot, minomyot və “Kalaşnikov” avtomatları olub. Silah-sursat müsadirə edildikdən sonra təyyarənin ekipajına İrana qayıtmaq icazəsi verilib.

Maraqlıdır ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu məlumatı təkzib edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR