Bank Of Baku

Yaponiya hökuməti iqtisadiyyatın bərpası üçün 309 mlrd. dollar xərcləyəcək

Yaponiya hökuməti iqtisadiyyatın bərpası üçün 309 mlrd. dollar xərcləyəcək
# 23 mart 2011 16:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA. Yaponiya hökuməti təbii fəlakətdən zərər çəkmiş ölkə iqtisadiyyatının bərpası üçün 25 trln. yen (309 mlrd. ABŞ dolları) xərcləmək niyyətindədir.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu məbləğə ölkə infrastrukturunun, binaların və sənaye müəssisələrinin bərpası daxildir. Eyni zamanda ölkə iqtisadiyyatına potensial zərər nəzərə alınmayıb.

Martın 11-də baş vermiş zəlzələni Tokio İkinci Dünya müharibəsindən sonra Yaponiya üçün ən ağır böhran adlandırır.

Qeyd edək ki, təbii fəlakət nəticəsində Yaponiyada ölən və itkin düşənlərin sayı 24 minə ötüb. Dünya Bankı bəyan edib ki, Yaponiya iqtisadiyyatının bərpası üçün 235 mlrd. dollar və 5 il lazım olacaq.

Yaponiya hökumətinin rəsmi dərc etdiyi rəqəmlərə əsasən, baş vermiş zəlzələ nəticəsində ölkəyə dəyən birbaşa zərər 16-25 trln. yen (200-312 mlrd. dollar) həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR