Bank Of Baku

Almaniya Liviyanın Aralıq dənizi istiqamətindən blokadaya alınması əməliyyatında iştirakdan imtina edib

Almaniya Liviyanın Aralıq dənizi istiqamətindən blokadaya alınması əməliyyatında iştirakdan imtina edib
# 24 mart 2011 13:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Almaniya Liviyanın Aralıq dənizi istiqamətindən blokadaya alınması əməliyyatında iştirakdan imtina edib. APA-nın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Almaniya Aralıq dənizində olan Hərbi Dəniz Qüvvələrinə məxsus 550 şəxsi heyəti olan 2 gəmini və 2 sualtı qayığı Liviya sərhədlərindən kənara çəkib. Bununla da Almaniya Liviyada aparılacaq hərbi əməliyyatlarda birbaşa iştirakdan kənara çəkilib. Almaniya Müdafiə Nazirliyinin mətbuat katibi isə qərarla bağlı açıqlamasında bildirib ki, Almaniya istənilən birbaşa hərbi müdaxilənin əleyhinə olduğundan, bu hərbi aksiyada iştirak etməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR