Bank Of Baku

Suriyada keçirilən etiraz aksiyalarında 25 nəfər ölüb

Suriyada keçirilən etiraz aksiyalarında 25 nəfər ölüb
# 24 mart 2011 13:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Suriyada etiraz aksiyalarında ölən vətəndaşların sayı 25-ə çatıb. APA-nın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, ötən gün yerli vaxtla saat 17.00-da ölənlərin dəfni ilə bağlı keçirilən mərasimdə 20 minə yaxın suriyalı yürüş keçirib. Aksiyada hökumət əleyhinə şüarlar səsləndirilib. Ölkənin cənubundakı Dera şəhərinin Əl-Ömər məscidi yaxınlığında keçirilən aksiya zamanı isə polislə baş verən toqquşmada 9 nəfərin öldüyü barədə məlumat verilib. Şam şəhərində adının çəkilməsini istəməyən hüquq-müdafiəçisinin verdiyi məlumatda isə bildirilir ki, Dera şəhərində hərbi postlar qurulub, şəhərin giriş-çıxışları nəzarətə götürülüb və kütləvi həbslər başlayıb.

Hökumətin baş verənlərlə bağlı yaydığı açıqlamada Əl-Ömər məscidinin yaxınlığında keçirilən əməliyyat zamanı İsraildən gətirilən çoxlu sayda silah və sursat aşkarlandığı bildirilib. Toqquşma və ölüm haqda isə məlumat verilməyib. Bununla yanaşı bildirilib ki, polis formasını geyinən çoxlu sayda şəxslər şəhərdə qarşıdurma yaratmağa cəhd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR