Bank Of Baku

ABŞ Suriya ordusunu inqilaba dəstək verməyə çağırıb

ABŞ Suriya ordusunu inqilaba dəstək verməyə çağırıb
# 26 mart 2011 14:01 (UTC +04:00)
APA-nın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, ABŞ-ın müdafiə naziri Robert Qeyts İsrailə səfəri çərçivəsində belə bir bəyanatla çıxış edib.

Pentaqon rəhbəri Suriya xalqını Misirdə baş verənləri təkrarlamağa, ordunu da inqilaba dəstək verməyə çağırıb: «Misirdən indi gəldim. Misirdə ordu kənarda dayanaraq xalqın aksiyalar keçirməsinə icazə verdi. İnqilaba qüvvə qazandırdı. Suriyalılar da bundan dərs ala bilərlər».

Qeyd edək ki, ABŞ bundan əvvəl verdiyi bəyanatlarda Suriya rəhbərliyini aksiya iştirakçılarına qarşı zor tətbiq etməməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR