Bank Of Baku

«Greenpeace» təşkilatı “Fukusima-1” AES-də radioaktiv sızıntılarla bağlı xüsusi araşdırmalar aparacaq

«Greenpeace» təşkilatı “Fukusima-1” AES-də radioaktiv sızıntılarla bağlı xüsusi araşdırmalar aparacaq
# 26 mart 2011 16:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. «Greenpeace» təşkilatı “Fukusima-1” atom elektrik stansiyasında baş verən radioaktiv sızıntılarla bağlı xüsusi araşdırmalar aparacaq. APA-nın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın sözçüsü Jan van de Putte bildirib.

Təşkilat bu addımına səbəb olaraq Yaponiya rəsmilərinin fəlakətin həcmi barədə olduqca az məlumatlar verməsi, radioaktiv təsirlərin az olması barədə açıqlamalar verməsini göstərib. Jan van de Putte müstəqil araşdırmaların təhlükənin həcmini dəqiqləşdirmək məqsədi daşıdığını bildirib: «“Fukusima” nüvə böhranının əvvəlindən indiyədək səlahiyyətli şəxslər həm riskləri, həm də radioaktiv çirklənmənin həcmini azaldan kimi görünürlər. “Fukusima”ya gəlib böhranın real səviyyəsini görmək və müstəqil bir münasibət bildirmək məcburiyyətindəydik».

Təşkilat sözçüsü əldə edəcəkləri müstəqil məlumatların Yaponiya rəsmilərinin verdikləri məlumatlarla ziddiyyət təşkil etmə ehtimalının çox yüksək olduğunu da söyləyib.

Qeyd edək ki, artıq «Greenpeace»dən təlimatlandırılmış mütəxəssislər stansiyanın 1 saylı reaktorunun ətrafında radiasiyanın səviyyəsini ölçməyə başlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR