Bank Of Baku

Yaponiya: okean suyunda radiasiya aşkar olunub

Yaponiya: okean suyunda radiasiya aşkar olunub
# 26 mart 2011 23:29 (UTC +04:00)
Bakı-APA. Yaponiya hökuməti bildirib ki, “Fukusima-1” Atom Elektrik Stansiyasının zədələnməsi nəticəsində okean sularında normanı 1250 dəfə aşan radioaktiv yod aşkar edilib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, radiasiya sahəsi sahildən 300 metr aralıdan ölçülüb.

Tokyo Electric Power Company (TEPCO) şirkətinin qəza vəziyyətində olan AES operatorunun nümayəndələri ehtimal edirlər ki, yüksək radiasiya səviyyəsinin səbəbi reaktorun fəal zona örtüyünün zədələnməsi ola bilər.

Ancaq mütəxəssislər bu versiyanı hələlik təsdiq edə bilmirlər.

Bununla belə, Çindən Yaponiyaya qayıtmış iki yapon turistinin yoxlanması nəticəsində onların paltarında və baqajında yüksək radiasiya səviyyəsi aşkar edilib.

Turistlərin xəstəxanaya göndərildiyi xəbər verilir.

Hələlik yoluxmanın necə baş verməsi aydınlaşdırılmayıb, belə ki, bildirildiyinə görə, turistlər zədələnmiş AES-in 240 kilometrlik radiusunda olmayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR